Milyonluq "Dağ İncisi"nin kölgəsində qalan zəhmət: 5 fəhlənin 6290 manatlıq haqqı necə mənimsənilib?

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Yesterday, 17:36

[center][/center]
Goranboy rayonundan redaksiyamıza müraciət edən beş nəfərdən ibarət usta və fəhlə qrupu Ağdərə rayonunun Qozlu Körpü kənd ərazisində "Dağ İncisi" istirahət mərkəzinin tikintisini həyata keçirdikləri zaman sifarişçi tərəfindən əməkhaqqılarının mənimsənildiyini bildiriblər. Şikayətçilərin sözlərinə görə, ümumilikdə 12500 manat təşkil edən zəhmət haqqının yalnız 6210 manatı iş prosesi davam etdiyi müddətdə ödənilib, lakin kafel-metlax işləri tam yekunlaşdırıldıqdan sonra qalan 6290 manat sifarişçi Mustafayev Zabil Məhəmməd oğlu tərəfindən ödəməkdən yayınıb.
Artıq 3 aydan artıq müddət keçməsinə baxmayaraq, Zabil Mustafayev onların pulunu verməkdən imtina edərək "gedin istədiyiniz və bildiyiniz yerə şikayət edin" deyə hədə-qorxu gəlib. Gundemxebertv.com redaksiyası olaraq məsələ ilə bağlı apardığımız qısa araşdırma zamanı məlum olub ki, Taxta Körpü kənd ərazisində "Dağ İncisi" istirahət mərkəzi tikdirən həmin şəxs əvvəllər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifədə işləyib və həmin vəzifədə çalışarkən yol verdiyi rüşvət və korrupsiya hallarına görə kənarlaşdırılıb.
[center][/center]
Bundan sonra Zabil Mustafayev barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət daxil olsa da, o, hansısa "sehirli əl"in müdaxiləsi nəticəsində cinayət məsuliyyətindən xilas ola bilib. Araşdırmalarımız zamanı o da aşkar edilib ki, Zabil Mustafayevin arxalandığı və güvəndiyi şəxslər Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynov və onun milli qəhrəman olan qardaşı İbad Hüseynovdur.
[center][/center]
Kasıbın haqqını mənimsəyib bir neçə milyon manatlıq obyekt tikdirən bu şəxsin əməlləri mənəvi müstəvidə vicdanına buraxılsa da, işəgötürənlə fəhlələr arasında heç bir əmək müqaviləsinin bağlanmaması və sadə insanların zəhmət haqqının açıq şəkildə mənimsənilməsi qarşısında Azərbaycan dövlətinin və aidiyyəti qurumların hansı hüquqi addım atacağı cəmiyyət üçün böyük maraq doğurur.(Gundemxebertv.com)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
[center]
[/center]


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti