Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Yesterday, 10:18

[center][/center]
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kəndində gecə saatlarında baş verən hadisə sahibkarın ciddi narazılığına səbəb olub. Belə ki, noyabrın 1-də saat 02:00 radələrində sahibkara məxsus marketin qarşısındakı ərazi ağır texnikanın köməyi ilə sökülərək yararsız vəziyyətə salınıb.
Redaksıyamıza müraciət edən Elxan Hacıyev bildirir ki, ona məxsus market obyekti uzun illərdir rəsmi sənədlər əsasında fəaliyyət göstərir. Obyektin qarşısında yerləşən əraziyə dair də müvafiq sənədlərin mövcud olduğunu bildirən sahibkar baş verənlərin qanunsuz olduğunu vurğulayır.
Elxan Hacıyevin sözlərinə görə, hadisə noyabrın 1-də gecə saat 02:00 radələrində Vənənd kəndinin icra nümayəndəsi Yaqut Babayevlə birgə hərəkət edən vəzifəli şəxs Orxan Qafarovun iştirakı ilə baş verib. Nəticədə marketin qarşısındakı ərazi ağır texnika vasitəsilə demək olar ki, darmadağın edilib.
Sahibkarın sözlərinə görə, hadisə bununla da yekunlaşmayıb. O, yüksək vəzifəli şəxslərlə qohumluq əlaqəsi olan bəzi şəxslər tərəfindən hədə-qorxu ilə üzləşdiyini də bildirir.
Elxan Hacıyev baş verənlərə görə “Su Səsi” restoranının sahibi Sərxan Qafarovu və onun vəzifəli qardaşı Orxan Qafarovu məsul hesab edir. Onun bildirdiyinə görə, həmin şəxslərin marketin yaxınlığında obyektləri yerləşir və ticarət fəaliyyətlərinin genişləndirilməsi ilə bağlı baş verənlərdə onların marağı var.
Sahibkar yaranmış vəziyyətlə bağlı Naxçıvanın daxili işlər naziri Süleyman Neymətova və digər hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək hadisənin hərtərəfli araşdırılmasını, qanuni hüquqlarının bərpa olunmasını və məsul şəxslər barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş edir.
Elxan Hacıyev aidiyyəti qurumların məsələyə dərhal müdaxilə etməsini və sahibkar kimi hüquqlarının qorunmasını gözləyir.
REAL AZƏRBAYCAN
VİDEO BURADA: [url=https://www.facebook.com/watch/?v=955522007328296]https://www.facebook.com/watch/?v=955522007328296[/url]


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti