[center]

[/center]
Ötən il milyonlarla çirkli pulu leqallaşdırmaqda ittiham edilən şəxs özünü mediaya necə “unutdurub”?
"Ötən il adı mediada tez-tez gündəmə gələn, çirkli pulların leqallaşdırılması və digər cinayətlərdə ittiham olunan Yusif Baqıyev “qeybə çəkilib”. “Şəkili Yusif” kimi tanınan bu şəxslə bağlı mediada yer alan son məlumat 2025-ci ilin 22 dekabr tarixini əhatə edir. Həmin məlumatda Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə onunla yanaşı daha 3 nəfərin - Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun çıxarıldığı bildirilmiş, növbəti məhkəmə prosesinin 29 dekabr 2025-ci il tarixinə təyin edildiyi qeyd olunmuşdur..." Bu barədə "DİA-AZ"a göndərilənməqalədə deyilir.
Məqalədə daha sonra deyilir: "Maraqlıdır ki, məhz bu nöqtədən sonra – 22 dekabr 2025-ci il tarixindən etibarən “Şəkili Yusif” adı öz izini mediada həmişəlik itirərək sonsuzluğa qarışır. Halbuki, ötən ilin ən qalmaqallı işərindən olan bu prosesə nəinki medianın, ümumilikdə cəmiyyətin marağı böyük idi. Lakin nə qədər qəribə və inanılmaz olsa da, “Şəkili Yusif”in 29 dekabr 2025-ci il tarixli məhkəmə prosesi, bu məhkəmə prosesinin nəticəsi ilə bağlı mediada heç bir məlumat yer almır. Hərçənd, sonluq prosesin özündən daha böyük maraq kəsb edirdi.
Bu gün üçün “Şəkili Yusif”lə bağlı maraq doğuran bir neçə məsələ var ki, bunlardan ən başlıcası budur: Ötən il milyonlarla çirkli pulu leqallaşdırmaqda ittiham edilən şəxs özünü mediaya necə unutdurub?
Qeyd edək ki, “Şəkili Yusif” və onunla birlikdə məhkəmə önünə çıxarılan digər təqsirləndirilən şəxslərlə bağlı mediada yer alan son məlumata görə adıçəkilən şəxslər “qazan bet", "check black", "online loto" və digər xarici saytların adminliyini əldə edərək, onlayn qumar oyunları təşkil etməklə gəlir götürməkdə ittiham olunur. İttihama əsasən, müxtəlif bank hesablarından 170 milyon 344 min manat, "M10" hesablarından isə 3 milyon manat olmaqla, ümumilikdə 173 milyon manatdan artıq vəsait köçürülüb.
Yusif Baqiyev ittiham olunduğu onlayn qumar oyunlardan qazandığı 41 milyon manatı leqallaşdırmaq məqsədi ilə həmin puılara Şüvəlan və s. Bakıətrafl qəsəbələrdə, Səbail rayonu da daxil olmaqla , paytaxtın mərkəzində, bölgələrdə çoxsaylı evlər alıb.
Əmlakların üzərinə həbs qoyulub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham verilib".
Ardı var...