[center]

[/center]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib. Bununla bağlı müvafiq rəsmi qərarlar qəbul olunub.
[b]Məlumata görə, Agentliyin ləğv prosesinə başladığını bəyan edən yol istismar şirkətləri (MMC-lər) aşağıdakılardır:
“40 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“28 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“12 №-li Xüsusi Təyinatlı Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“6 №-li Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“9 №-li Xüsusi Təyinatlı Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“1 №-li Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“52 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“51 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti.[/b]
Kadr dəyişiklikləri, qurumların ləğvi var, bəs nəticə?
Maraqlı və düşündürücü məqam odur ki, artıq 10 aya yaxındır AAYDA rəhbərliyinə gətirilən Vüsal Nəsirli ötən dövr ərzində görünən, konkret və irimiqyaslı layihələrin icrasına başlaya bilməyib. Qurum daha çox kütləvi işdənçıxarmalar, strukturların ləğvi və kadr yer dəyişmələri ilə gündəmə gəlir.
[b]AAYDA [/b]nə zaman real və nəzərəçarpan fəaliyyətə başlayacaq?
Bu gün təkcə paytaxt Bakının yüzlərlə küçə və prospektində asfalt örtüyü yararsız haldadır və təcili təmir gözləyir. Regionlarda da vəziyyət fərqli deyil - kənd yolları, rayon mərkəzlərindəki prospektlər illərdir bərbad halda saxlanılıb. Yol təsərrüfatında bu qədər ciddi problemlərin üst-üstə qalandığı bir vaxtda Agentlik rəhbərliyinin yalnız daxili kadr məsələləri və ləğv prosesləri ilə vaxt itirməsi diqqətdən yayınmır.
Bizimesr.info