Gömrükdə elə oyunlar çevrilir ki... - İLGİNC İDDİA

  • A-
  • A
  • A+
Cəmiyyət | Today, 10:57

[center][/center]
Son günlər gömrük sistemində yaşanılan neqativ hallarla bağlı davamlı olaraq məlumatları təqdim edirik. Amma bu fakt və bəzi hallarda iddialara aidiyyatı qurum olan DGK rəhbərliyi adekvat, tədbir amaclı reaksiya vermək əvəzinə ənənəvi üsullarla, yəni trol xidməti hesabına fərqli rəy formalaşdırmağa çalışır.
Fakt isə faktlığında qalır. Yəni "DİA-AZ"da yer alan məlumatlara "Şahin Bağırov gözəl rəhbərdir" yazaraq reaksiya vermək, adi trol xidməti təcəssümüdür...
Biz isə faktların təqdimatına davam edirik... "DİA-AZ"ay daxil olan məlumatda bildirilir ki, DGK sədri əvvəlki rəhbərlərdən fərqli olaraq işçilərin qazanclarını kəskin şəkildə aşağı salıb və bu proses günü bu gün də davam etdirilir. Mənbə deyir:
"Yalnız Şahin Bağırov və bir qrup korrupsiyaya uğramış məmur qazanır. İşçinin isə hər bəhanə ilə pulu kəsilir.
Hər bayram ərəfəsi maaşlara əlavələr olur. Şahin Bağırov son bayram ərəfəsi məsələn, "premya" verməsin deyə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin bütün şəxsi heyətinə töhmət elan etdi.
Deməliyik ki bu və oxşar adımlar əksər gömrük strukturlarında müşahidə olunur..."
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti