Biləcəridə ağacların kəsildiyi iddia olunur - “Ağ Saray”ın arxasında nə tikilir? - VİDEO

  • A-
  • A
  • A+
Gündəm / Video | Today, 18:08

[center][/center]
Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən məşhur “Ağ Saray” şadlıq evinin arxasındakı ağacların çıxarıldığı iddia olunur.
Daxil olan məlumata görə, ərazidə daha böyük obyektin tikintisi nəzərdə tutulur. Bildirilir ki, ərazi hasarlanıb, çəkiliş aparılmasına məhdudiyyət yaradılır və baş verənlərin ictimaiyyətdən gizlədilməsinə cəhd göstərilir.
Digər məlumata görə, sözügedən ərazidə tikinti işlərinin aparılması Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevlə razılaşdırılıb.
Ərazidə hansı obyekt tikilir? Ağacların çıxarılması hansı hüquqi əsasla həyata keçirilir? Tikintiyə müvafiq icazələr verilibmi və ağacların götürülməsi üçün aidiyyəti qurumların razılığı alınıbmı?
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də digər aidiyyəti dövlət qurumlarına rəsmi sorğu ünvanlayıb.
Qurumların cavabını dərc etməyə hazırıq.
Bizimesr.info
VİDEO LİNKDƏ: [url=https://www.bizimesr.info/az/post/bileceride-agaclarin-kesildiyi-iddia-olunur----ag-sarayin-arxasinda-ne-tikilir---video-24149]https://www.bizimesr.info/az/post/bileceride-agaclarin-kesildiyi-iddia-olunur----ag-sarayin-arxasinda-ne-tikilir---video-24149[/url]


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti