Lənkəranın mərkəzində biabırçı yol - Sakinlər icra başçısına müraciət etsələ də... - FOTO

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 10:08

[center][/center]
Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən 21 saylı binanın ətrafında yolların bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Ərazidə asfalt örtüyü dağılıb, yolda yaranan çuxurlara yağış suları dolaraq böyük gölməçələr əmələ gətirib.
Sakinlərin sözlərinə görə, yağışlı havalarda binanın həyətindən çıxmaq, eləcə də əraziyə daxil olmaq ciddi çətinliyə çevrilir. Göllənən sular piyadaların hərəkətinə mane olur, sakinlər gündəlik gediş-gəliş zamanı problemlə üzləşirlər.
[center][/center]
Vətəndaşlar aidiyyəti qurumlardan, eləcə də rayon icra başçısı Taleh Qaraşovdan Zərifə Əliyeva küçəsindəki 21 saylı binanın ətrafında yolun təmir edilməsini və yağış sularının yığılmasına səbəb olan problemin aradan qaldırılmasını xahiş edirlər.
[center][/center]
Qeyd edək ki, sakinlər bu problemlə bağlı rayon rəhbərliyinə müraciət etdiklərini, amma nəticəsiz qaldığını bildiriblər.
Bizimesr.info


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti