Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı - Ərazini alan sahibkar kimdir? - VİDEO

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 18:11

[center][/center]
Binəqədi rayonunun Biləcəri qəsəbəsində, “Ağ Saray” şadlıq sarayının arxasında söküntü və tikinti işlərinin aparıldığı bildirilir.
Biziməsr.media-nın redaksiyasına daxil olan videogörüntülərdə ərazidə bir sıra yaşayış evlərinin satın alınaraq söküldüyü, həmin ərazidə isə genişmiqyaslı tikinti işlərinin aparıldığı görünür.
[center][/center]
Redaksiyaya daxil olan məlumatlara görə, söküntü işləri zamanı ərazidəki çoxsaylı ağacların da məhv edildiyi iddia olunur.
[center][/center]
Ərazidə aparılan tikinti ilə bağlı digər ciddi iddialar da səsləndirilir. Məlumata görə, tikinti işlərini həyata keçirən sahibkarın Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayevlə yaxın münasibətlərinin olduğu bildirilir.
[center][/center]
Həmçinin tikinti işlərinə rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev tərəfindən razılıq verildiyi bildirilir. Məlumata görə, söküntü və tikinti işlərinin qanuni əsaslarının, eləcə də layihə və icazə sənədlərinin natamam olduğu deyilir.
[center][/center]
Xüsusilə yaşayış evlərinin sökülməsi, yeni tikintiyə icazələrin mövcudluğu, ərazidə ağacların kəsilib-kəsilmədiyi və yaşıllıqların məhv edilməsinə qanuni əsasların olub-olmaması ilə bağlı ictimaiyyətə açıqlama verilməsi vacibdir.
[center][/center]
“Biziməsr.media” məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin, aidiyyəti şəhərsalma və ekologiya qurumlarının mövqeyini öyrənmək üçün sorğu göndərib.
Araşdırmanın nəticələrindən asılı olaraq məsələyə yenidən qayıdacağıq.
Bizimesr.media
VİDEO LİNKDƏ: [url=https://bizimesr.media/az/post/bileceride-evler-sokuldu-agaclar-kokunden-cixarildi---erazini-alan-sahibkar-kimdir---video-22925]https://bizimesr.media/az/post/bileceride-evler-sokuldu-agaclar-kokunden-cixarildi---erazini-alan-sahibkar-kimdir---video-22925[/url]


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti