İlqar Məhərrəmov 209 min manat vergi borcu olan şirkəti tenderin qalibi seçdi - DETALLAR

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 10-06-2023, 12:07

İlqar Məhərrəmov 209 min manat vergi borcu olan şirkəti tenderin qalibi seçdi - DETALLAR

Goranboy Suvarma Sistemləri İdarəsi Suvarma kanallarının mexanizmlə lildən təmizlənməsi işlərinin satın alınması tenderinin qalibini açıqlayıb.

realnews.az 32gun.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Perlit” MMC seçilib.

Goranboy Suvarma Sistemləri İdarəsi ilə şirkət arasında bağlanacaq satınalma müqavilələrinin maliyyə dəyəri 123.433,55 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Perlit” MMC-nin 11.08.2004-cü ildə qeydiyyata alındığı göstərilib. Nizamnamə kapitalı 300 AZN olan şirkətin hüquqi ünvanı GƏNCƏ ŞƏHƏRİ, ADAU-NUN YATAQXANASI, ev 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi MƏHƏRRƏM ÖMRÜMOV XANSUVAR oğludur.

“Perlit” MMC-nin hazırda 209721.79 AZN vergi borcu var.

Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdur.

İlqar Məhərrəmov 209 min manat vergi borcu olan şirkəti tenderin qalibi seçdi - DETALLAR


15 586 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti