Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | Today, 14:50

[center]Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox[/center]
Səhiyyə Nazirliyinin balansında olan “İnnovasiya və Təchizat Mərkəzi” daha bir tender keçirib.
Tribuna.az xəbər verir ki, qurum dünən nəticələri açıqlayıb.
Məlum olub ki, Mərkəz “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair xərclər çərçivəsində dərman vasitələri” alacaq. Bu səbəbdən keçirilən tenderin qalibi isə “ZEYTUN PHARMACEUTİCALS” MMC olub. Tərəflər layihənin həyata keçirilməsi üçün 386 min 868 manatlıq müqavilə imzalayıblar.
Maraqlıdır ki, Səhiyyə Nazirliyinin rəhbərliyi dəyişib. Gözləntilər odur ki, bu dəyişiklik səhiyyə sistemində müsbət nəticələr verəcək. Lakin görünən odur ki, dəyişən rəhbərlikdir, “partnyor”lar isə olduğu kimi qalır.
Xatırladaq ki, “ZEYTUN PHARMACEUTİCALS” MMC və daha bir neçə şirkət Səhiyyə Nazirliyinin keçirdiyi tenderlərin böyük əksəriyyətinin qalibi olurlar.


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti