Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Yesterday, 17:44

[center]Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY[/center]
Paytaxtın Nizami rayonu Naxçıvanski 51-61 ünvanında vətəndaş yola təkər qoyaraq məhləyə giriş-çıxışı məhdudlaşdırıb.
Manset.az-a müraciət edən sözügedən ünvanda yaşayan sakinlərin sözlərinə görə, onlar dəfələrlə həmin vətəndaşa iradlarını bildirsələr də, qarşılığında kobud cavabla üzləşiblər. Belə ki, sakinlərin etirazına cavab olaraq o, “İstədiyiniz quruma şikayət edə bilərsiniz. Mən düz etmişəm. Bu ərazidən kimi istəsəm, onu buraxaram, kimi istəsəm, buraxmaram”, – deyə bildirib.
Ərazidə yaşayan sakinlər Nizami rayon İcra Hakimiyyətindən və aidiyyatı qurumlardan bu qanunsuzluğun qarşısını almağı tələb edirlər.


[center]
[/center]


1 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti