Gömrük komitəsində kadrların rəisi BAZAR AÇIB - İTTİHAM VAR...

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 11:33

[center][/center]
Cəmi 3 il əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan Resursları (kadrlar) İdarəsinin rəisi postuns təyin olunan Vüqar Əsgərov deyəsən, postunda çox otura bilməyəcək. "[b]DİA-AZ[/b]" bildirir ki, bu, gömrük xidməti polkovnik-leytenantı Vüqar Əsgərovdan artan şikayətlərdən və artıq baş verənlərin yuxarıların nəzərlərini cəlb etməsindən anlaşılır.
Məlumatlı mənbə bildirir ki, Vüqar Əsgərov yol verdiyi nöqsanlara görə, hüquq mühafizə orqanlarının da diqqət mərkəzinə düşməyə "müvəffəq olub".
Qeyd edək ki, Vüqar Əsgərova qarşı əsas olaraq bu ittihamlar səslənir:
- Rütbə alveri;
- Vəzifə alveri;
və kadr yerdəyişmələri, işə götürmələr zamanı külli miqdarda qazanc əldə edilməsi...
Bu üç istiqamətdə konkret faktlar artıq hüquqi araşdırmaya cəlb olunub. Ola bilsin ki, yaxın günlərdə DGK-də növbəti həbslər həyata keçirilsin...
Məsələ diqqətimizdədir. Bizi izləməyə davam edin...


1 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti