Təhsil sistemində növbəti araşdırması ciddi nöqsanlar üzə çıxartdı - İlham Əhmədov

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 12:25

[center][/center]
"HP-nın TKTA-da apardığı kompleks yoxlama qurumun əsas fəaliyyət istiqamətlərində çox ciddi nöqsanlar üzə çıxardıb. Bu kiçik qurumun belə böyük qanun pozuntuları etməyə cürəti çatmazdı, əgər nazirlik onların işinə normal nəzarət etsəydi.
Görəsən ETN niyə tabeçiliyində olan agentliyin fəaliyyətinə uzun müddət nəzarət etməyib, qanunların davamlı olaraq pozulmasına göz yumub? Bu səriştəsizlik və təcrübəsizlikdən qaynaqlanır, yoxsa məsuliyyətsizlikdən, cılız şəxsi maraqlardan?
HP indiyədək ETN tabeliyindəki hansı qurumda yoxlama aparıbsa, ciddi maliyyə pozuntuları aşkar edib. Abşeron-Xızı və digər RTİ-dəki irimiqyaslı maliyyə mənimsəmələrini xatırlamaq kifayətdir. ETN bu məsələlərlə əlaqədar nə qərar qəbul etdi? Heç nə, "... köhnə hamam ...".
MN maliyyə monitorinqi mərkəzinin internat tipli məktəblərdəki maliyyə yoxlamaları da xeyli mənimsəmələri ifşa etdi. Bu yoxlamaların müəyyən etdiyi mənimsəmələrin hər biri 8 rəqəmli ədədlərlə ifadə edilir.
Təhsil büdcəsinin son illər xeyli artmasına rəğmən, təhsil keyfiyyətinin davamlı tənəzzülü bu səbəblərdəndir.
Ehtimal ki, ETN özünə və tərkibində olan digər agentliklərə HP Reyd etsə, xeyli nöqsanlar tapılacaqdır. Ölkə rəhbərliyinin "təhsil bir nömrəli prioritet olmalıdır" çağırışına əgər ETN belə "reaksiya" verəcəksə, onda təhsilin, dövlətin gələcəyi necə olacaqdır?"
Bizimesr.info


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti