[center]

[/center]
""Azərduz" xörək duzu axır vaxtlar bu gündədir..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında paylaşan Nüşabə Allahverdiyeva adlı istifadəçi aşağıdakı fotoları paylaşaraq əlaqədar qurum və şəxsləri tədbir görməyə çağırır.
[center]

[/center]
Narazı vətəndaş daha sonra bildirir:
"Duzun içindəki qum yeməkdə həll olunmur və xırçıldayır...
[center]

[/center]
İki çay qaşığı duzu yarım stəkan suda həll elədim, dibinə belə bir qum çökdü, sarı yumrular daş kimidir.
Bunu hara şikayət eləmək olar?"
Qeyd edək ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət olunub.
[center]

[/center]