Agentlik Abid Şərifovun şirkəti ilə 9 milyonluq RAZILAŞMA İMZALADI

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 16:47

[center][/center]
Azərbaycanın bir sıra çaylarında daşqınlara qarşı mühafizə tədbirləri həyata keçiriləcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı hazırlıqlara başlayıb.
Tədbirlər çərçivəsində Astara rayonunda Pensərçayda daş-beton bəndlərin quraşdırılması, Şabran rayonunda Şabrançayda və Dəvəçiçayda mühafizə tədbirləri, Ağsuçayın şəhər ərazisindən keçən hissəsində fiksatorların və beton bəndlərin tikilməsi, Qusarçayda və Qaraçayda sahil mühafizə bəndlərinin quraşdırılması, Vəlvələçay–Taxtakörpü kanalının Dəvəçiçay ilə kəsişməsində 3400 mm-lik metal dukerin və xidməti körpünün dayaqlarının yuyulması, Dəvəçiçayda mühafizə bəndinin tikilməsi, Vəlvələçay–Taxtakörpü kanalının PK155-PK163 sağ tərəfində torpaq sürüşməsinin kənarlaşdırılması və terrasların yaradılması işləri həyata keçiriləcək.
Qurum görüləcək işlərlə bağlı Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC ilə razılığa gəlib.
Bu işlərə görə şirkətə ümumilikdə 8 mln 722 min 800 manat ödəniləcək.
Xatırladaq ki, bir müddət əvvəl Su Ehtiyatları Agentliyinin tabeliyindəki bir digər qurum - İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı şəhərinin bir sıra rayonları, eləcə də Sumqayıt şəhəri inzibati ərazilərində yerləşən kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılması üçün cari təmir və bərpa işlərinin həyata keçirilməsini “Evrascon” ASC-yə həvalə edib və şirkətlə ümumilikdə 5 mln 201 min 558 manat dəyərində müqavilə imzalayıb.
Qeyd edək ki, "Evrascon” ASC-nin qanuni təmsilçisi Həmzər İsmiyev İsmayıl-Əfəndiyeviçdir. Tikinti şirkəti "Azərkörpü” ASC-nin bazasında yaradılıb. Mətbuatın yazdığına görə, şirkət Baş nazirin keçmiş müavini Abid Şərifovun ailəsinə məxsusdur./Ölkə.az/


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti