“Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian

  • A-
  • A
  • A+
Dünya | Today, 16:07

[center][/center]
“İran tərəfi ABŞ ilə danışıqlar prosesinə inamını itirib, çünki hər dialoq raundundan sonra yeni sanksiyalar və zərbələr həyata keçirilir”.
Bu barədə Qətərin “Al Jazeera” telekanalına müsahibəsində İran Prezidenti Məsud Pezeşkian bəyan edib.
“Hər dialoqdan sonra hücumların və sanksiyaların təkrarlanması səbəbindən Vaşinqtonla danışıqlara artıq etibar etmirik. Hazırda iki ölkə arasında vasitəçilik rolunu Doha (Qətər) və İslamabad (Pakistan) həyata keçirir. ABŞ ilə qarşılıqlı əlaqələr anlama memorandumuna əsaslanır və Amerika administrasiyasını bu sənədlə bağlı mövqeyini dəqiq müəyyənləşdirməyə çağırıram”, – deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, bu həftənin əvvəlində ABŞ Maliyyə Nazirliyi İranın aviasiya sektoruna qarşı sanksiyalar elan edib. Məhdudiyyətlər 27 şirkəti əhatə edib. ABŞ maliyyə naziri Skott Bessent xəbərdarlıq edib ki, İslam Respublikasının daşıyıcılarına yanacaq verən, eniş xidmətləri və bilet satışı həyata keçirən hava limanları və şirkətlər dollar maliyyə sistemindən ayrılmaq riski ilə üz-üzədirlər.
Bu sanksiya dalğası fonunda İran aviaşirkətlərinin Azərbaycan, Gürcüstan, Oman və İraq da daxil olmaqla bir neçə ölkəyə uçuşları ləğv edilib. Sentyabrın 24-də isə Birləşmiş Ərəb Əmirlikləri də bu qərara qoşulub.


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti