[center]

[/center]
“REIS GRC” MMC təsisçi Yevheniia Hadzhiievanın payını götürərək şirkətdən ayrılması ilə əlaqədar nizamnamə kapitalının 10 manatdan 8 manata endirildiyini elan edib. Son azalma 20% təşkil edir.
Banker.az xəbər verir ki, bu, şirkətin 2026-cı ildə elan etdiyi ikinci kapital azalmasıdır.
Mayda digər təsisçi Laçın Qasımovun ayrılmasından sonra nizamnamə kapitalı 20 manatdan 10 manata endirilmişdi. İki dəyişiklik nəticəsində şirkətin nizamnamə kapitalı ümumilikdə 60% azalıb.
Xatırladaq ki, 2019-cu ildə yaradılan “REIS GRC” Azərbaycanda müəssisələr üçün proqram təminatı təqdim edir. Şirkətin platforması risklərin idarə edilməsi, audit, informasiya təhlükəsizliyi və korporativ idarəetmə proseslərini bir sistemdə birləşdirir.