[center]

[/center]
Meyxanaçı Mehman Əhmədliyə aid olduğu iddia edilən Feysbuk profilində qalmaqalları paylaşım edilib.
Globalinfo.az xəbər verir ki, paylaşımda meyxanaçıların bir-birinin arxasınca danışmasına eyham vurulub.
“Şəkildə belə mehriban göründüyümüzə baxmayın. Biz meyxanaçılar bir-birimizin arxasınca danışmağa o qədər öyrəşmişik ki, telefonda danışıb qurtardıqdan sonra “adboy” düyməsini ən azı 5-6 dəfə sıxırıq ki, dəqiq olsun”, – paylaşımda bildirilib.
Qeyd edək ki, Mehman Əhmədli bir qədər əvvəl verdiyi açıqlamada sözügedən hesabın ona məxsus olmadığını demişdi.
[center]

[/center]