Azərbaycan tarixində Şahin Bağırov bəlası - indi də gömrük şefi kabusa çevrilib...

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 16:27

[center][/center]
Azərbaycanlılar Bağırov soyadından bir o qədər yarımayıblar. Tarix göstərir ki, Bağırov soyadlı şəxslərin rəhbərliyi altında həmişə problemlər, bəlalar olur. Misal üçün Mircəfər Bağırov, elə onun qohumu olmuş keçmiş ekologiya naziri Hüseynqulu Bağırov, indi də gömrük rəisi Şahin Bağırov. Hərçənd islahatçı məmur kimi təqdim olunur...
Bəli, Şahin Bağırovun rəhbərliyi dövründə Azərbaycan gömrüyü elə bil ki, "göy əskiyə bükülüb". Daha açıq desək, gömrük sistemində "köhnə hamam, köhnə tas" qalmaqdadır.
Anaxeber.com.az bildirir ki, bu günlərdə bir TIR sürücüsünün Tik-Tok hesabında müraciəti gömrük orqanlarında vəziyyəti bir daha çılpaqlığı ilə ortaya qoydu. Söhbət Qırmızı Körpüdə tez xarab olan süd məhsulları ilə bağlı hadisədən gedir.
Sürücü xüsusi qeyd və möhür olan CMR sənədinə baxmayaraq, ümumi növbədə saxlanıldığını bildirir.
Ona idarə və ya post rəisinin qərarını gözləməli olduğu deyilib. Sürücü də buna heç bir əsas olmadığını söyləyir.
Burada xüsusilə diqqət çəkən məqam sürücünün başqa bir iddiasıdır. O, oxşar problemlərin Biləsuvar, Astara və Samur gömrük postlarında da yaşandığını bildirir. Yəni bu işgəncə təkcə Qırmızı Körpü sərhəd məntəqəsində deyil. Deməli, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov da işin öhdəsindən gələ bilmir: Aydın Əliyev, Səfər Mehdiyev kimi...
Sadəcə, sırf bu hadisədə problem yoxlamanın müddətinin, səbəbinin və nəticəsinin sahibkara aydın izah edilməməsi, eləcə də gecikmənin maliyyə yükünün tamamilə sahibkarın üzərinə düşməsidir.
Yeri gəlmişkən, 2025-ci ildə dərc edilmiş Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə biznes mühiti hesabatında Azərbaycan sahibkarlarının gömrüklə bağlı problemləri ayrıca qeyd olunur.
Hazırda Azərbaycan gömrük sistemində əsas narazılıqların mərkəzində üç məsələ dayanır: malların gömrük dəyərinin müəyyənləşdirilməsi, yüklərin saxlanılması və sahibkarın gömrük qərarına qarşı effektiv müdafiə imkanları.
Bütün bunlar Şahin Bağırovun dövründə meydana gəlmiş problemlərdir. Üstəlik, problem tək bir TIR sürücüsünün şikayəti deyil. Jurnalist Tural Müseyibovun ictimailəşdirdiyi məsələni də bu kontekstdə araşdırmaq vacibdir.
Onun sözlərinə görə, vətəndaş müraciət edib, media məsələni işıqlandırıb, sonra həmin şəxsə gömrük orqanları süni əngəl yaradıb. Jurnalist mətbuat xidmətinə üz tutaraq bu davranışın doğru olmadığını bildirib.
Sahibkarlar hesab edirlər ki, gömrük bəzi hallarda faktiki alış qiymətini qəbul etmək əvəzinə alternativ dəyərləndirmə metodlarına keçir və bunun nəticəsində əlavə ödənişlər yaranır. Kəsəsi, gömrük sistemi düzəlmir ki, düzəlmir...
Diqqət çəkən məqam odur ki, narazılıqlar yalnız TIR sürücülərinin və iri idxalçıların şikayətləri ilə məhdudlaşmır. Avtomobil idxal edən vətəndaşlar, avadanlıq gətirən şirkətlər və digər sahibkarlar da gömrük qərarlarının əsaslandırılmasından narazılıq bildirirlər.
Məsələn, 9 oktyabr 2026-cı ildə Rahib Məmmədov adlı vətəndaşın şikayəti dərc edilib. Vətəndaş avtomobili Manheim hərracından aldığını, faktiki alış qiymətini sübut edən sənədlərə malik olduğunu bildirib. Onun iddiasına görə, təqdim etməyə hazır olduğu sənədlərin obyektiv araşdırılması təmin edilməyib.
14 noyabr 2026-cı ildə isə şirkət direktoru Ramil Aslanovun şikayəti yer alıb. Sahibkarın iddialarına görə, 2025-ci ilin may və avqust aylarında təqdim edilmiş gömrük bəyannamələri üzrə qanun pozuntuları baş verib. Məsələ ilə bağlı Prezidentə, Baş Prokurorluğa və digər dövlət qurumlarına müraciətlər edilib. Yəni belə faktlar çoxdur. Məsələnin məğzi ondan ibarətdir ki, Azərbaycan gömrük sisteminin tayı - bərabəri yoxdur, müasir dünyada isə belə gömrük xidməti görmək bəlkə Afrikada ola bilər...
Azər Talıbov
anaxeber.com.az


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti