[center]
[/center]
"Azərbaycan vətəndaşı Dadaşova Sevan Əlamət qızı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova müraciət edib..." "DİA-AZ" xəbər verir ki, bu paylaşımlar jurnalist Arifə Əliyeva çıxış edib.
O daha sonra qeyd edir: "Vətəndaş müraciətində bildirib ki, Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan Naxçıvan Miqrasiya Xidmətinin rəisi Anar Xudiyev onun mənzilini saxta sənəd düzəldərək zorla əlindən alır.
S.Dadaşova qeyd edib ki, bu qanunsuzluğun qarşısının alınması üçün araşdırma aparılmasını xahiş edir. Onun sözlərinə görə, Naxçıvan Miqrasiya Xidmətinin rəisi Anar Xudiyev vəzifə səlahiyyətlərindən, gücündən sui-istifadə edərək tək, imkansız qadına qarşı bu özbaşınalığa yol verir.
Prezident İlham Əliyevdən və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovdan kömək istəyən Dadaşova bildirib ki, Anar Xudiyevin əlində heç bir əsaslı sənəd yoxdur, saxta kağızla onun mənzilinə sahiblənmək istəyir.
“Cənab Prezident və hörmətli Vüsal müəllim, mən tək yaşayan bir qadınam, heç bir arxa-dayağım yoxdur. Naxçıvan Miqrasiya Xidmətinin rəisi Anar Xudiyev isə əlində olan gücdən istifadə etməklə zorla evimi əlimdən almağa çalışır. Mənim ümidim sizədir və dövlətimdən kömək gözləyirəm.
Söhbət halallıqla aldığım evdən gedir. Eyni zamanda, təkcə ev məsələsi deyil, burada haqq-ədalətin yerini tapmasını istəyirəm. Ona görə ölkə rəhbərliyindən bu məsələni nəzarətə götürülməsini xahiş edirəm”..."
[url=https://diaaz.info/manset/491557-naxcivanin-miqrasiya-reisi-qadinin-evini-zorla-elinden-alir.html]VİDEO BURADA... BAXMAQ ÜÇÜN TIKLAYIN... [/url]