Təhsil məsələləri üzrə ekspert 300 minlik dələduzluqda ittiham edilir

  • A-
  • A
  • A+
Gündəm | 9-04-2020, 12:00

“Study İn Turkey Azerbaijan” şirkətinin rəhbəri, təhsil məsələləri üzrə ekspert, 32 yaşlı Fuad Hacıyev böyük ölçüdə fırıldaqçılıqda ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilib.

Oxu.az-ın xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Alınan məlumata görə, adıçəkilən şəxsə qarşı AR Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (külli miqdarda ziyan vurmaqla) maddələri ilə qaldırılmış cinayət işində hazırda 10-dan çox epizod mövcuddur. Bunlar əsasən Kanadada məşğulluq, Türkiyə və Ukraynada təhsil ilə əlaqədardır.

Qeyd olunan epizodlar üzrə dəymiş zərərin miqdarı 300 min manat təşkil edir.


6 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti