Təhsil idarəsinin rəisinə cinayət işi AÇILDI

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 3-06-2023, 11:07

Təhsil idarəsinin rəisinə cinayət işi AÇILDI

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində Quba Rayon Prokurorluğunda cinayət işi açılıb.

realnews.az Bizim.Media-ya istinadən xəbər verir ki, Rüfət Hacıyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Prokurorluğa edilən şikayət əsasında aparılan araşdırmalardan sonra bu qərar qəbul edilib.

Qeyd edək ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib.


11 188 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti