[center]

[/center]
Həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev hərracda atasının maşınlarına 53 min 500 manat pul ödəyib.
Bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb.
Ekspert əlavə edib ki, hərraca çıxarılan maşınların arasında “Range Rover” və “BMW 740İ” kimi markalar var: “Sizə Vilyamdan danışacam, yox-yox, Şekspirdən, onun ölməz əsərlərindən deyil də, Azərbaycanda İcra Başçısı işləmiş Vilyam Hacıyevdən söz açacam.
Ölkə mediası yazır ki, Vilyam müəllim korrupsiya ittihamları ilə həbs olunanda, qanuna görə əmlakı da müsadirə olunmuşdu. Sonra məhkəmə qərarı ilə dövlətə dəymiş ziyanı ödəmək üçün Vilyam müəllimin əmlakının bir hissəsi, o cümlədən, bir neçə avtomobili hərraca çıxarılıb.
İndi məlum olur ki, o hərraclarda Vilyam müəllimin maşınlarını ..... oğlu alıb. Özü də, “Range Rover” və “BMW 740İ” markalı avtomobilləri üçün cəmi 53500 manat ödəyib”.
Bizimesr.media