Nazir müavinin oğlundan yeni müqavilə: 24 min qazanacaq - Daha bir şübhəli tender...

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 5-07-2023, 17:35

Nazir müavinin oğlundan yeni müqavilə: 24 min qazanacaq - Daha bir şübhəli tender...


İmişli Suvarma Sistemləri İdarəsi nəqliyyat vasitələri, maşın və mexanizmlər üçün sürtgü materiallarının satın alınması ilə bağlı kotirovka soruğusuna yekun vurub.

realnews.az Valyuta.az-a istinadla xəbər verir ki, sorğunun qalibi "Technoil” MMC olub.

İdarə ilə şirkət arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 24.265,05 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Technoil” MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 11 688 495 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 33, mənzil 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumadə Ağabəy qızıdır.

Şirkətin həmtəsisçilərindən biri Hacıyev Elvin Orucəli oğludur. O, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğludur.

Elvin Hacıyev müsahibələrinin birində "Technoil” MMC-dən danışarkən bildirib ki, bu şirkət ailəsindən gələn layihədir: "Restoran biznesi mənim öz təşəbbüsüm ilə formalaşıb, ancaq "Babylon Agro" və "Technol" bizim ailədən gələn layihələrdir. "Tecnol"da sadəcə biz iştirak etmirik, tərəflərdən biriyik”.


9 699 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti