[center]

[/center]
Redaksiyamıza Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən "Yenilik" Ticarət Mərkəzi ərazisinin genişləndirilməsi ilə bağlı şikayət daxil olub.
Bizimesr.info xəbər vetrir ki, daxil olan məlumatda qeyd olunur ki, sözügedən ərazidə şəhərsalma normaları pozulmaqla qanunsuz tikinti işləri aparılır. İddialara görə, obyekt sahibləri öz biznes alanlarını genişləndirmək məqsədilə dəmir konstruksiyalardan istifadə edərək əlavə artırmalar edir və yeni obyektlər ucaldırlar.
Müraciətdə vurğulanır ki, 2011-ci ildən - artıq 15 ilə yaxındır Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Elxan Usubovun rəhbərlik etdiyi rayon icra hakimiyyəti belə tikintilərə göz yumur. Hətta iddialar sırasındadır ki, "Yenilik" Ticarət Məkrəzi elə icra başçısının yaxın çevrəsinə məxsusdur və tikinti işləri yerli rəhbərliklə əldə olunmuş razılıq əsasında həyata keçirilir.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəki-Zaqatala Regional Bölməsinə və Şəki Şəhər İcra Hakimiyyətinin mövqeyi maraqlıdır.
Sözügedən qurumların da mövqeyini dərc etməyə hazırıq.
VİDEO LİNDƏ: [url=https://www.bizimesr.info/az/post/sekide-qanunsuz-tikinti-iddiasi---yenilik-ticaret-merkezi-erazisini-genislendirir---video-23953]https://www.bizimesr.info/az/post/sekide-qanunsuz-tikinti-iddiasi---yenilik-ticaret-merkezi-erazisini-genislendirir---video-23953[/url]