AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... - " ‘AzParking’ yoxdur, amma cərimələr gəlir..."

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 12:43

[center][/center]
Naxçıvanda AYNA fəaliyyətə başladıqdan sonra sürücülər əsassız saydıqları cərimə bildirişlərinin artdığını deyirlər. Onların sözlərinə görə, bildirişlərdə göstərilən ünvanlarda ödənişli parklanma yeri olmadığı halda, onlara 20 manatlıq parklanma cərimələri gəlir.
Sürücülər deyirlər ki, əvvəlcə cərimələrin Dövlət Yol Polisi tərəfindən yazıldığını düşünərək DYP-yə müraciət ediblər. Lakin onlara cərimələrin AYNA tərəfindən tətbiq olunduğu bildirilib.
Sürücülərdən Tofiq Əliyev deyir ki, aldığı cərimənin səbəbini öyrənmək istəsə də, müraciəti nəticəsiz qalıb:
“Telefonuma mesaj gəldi. Baxdım ki, xəttin üzərində avtomobil saxladığıma görə 20 manat cərimə yazılıb. Əsassız olduğunu düşündüyüm üçün DYP-də işləyən tanışıma müraciət etdim. Bildirildi ki, bu cərimə onlara aid deyil, AYNA-nındır. Onsuz da dolanışığımız çətindir. DYP tərəfindən də cərimələrlə üzləşirik, indi AYNA-nın cərimələri də əlavə olunub. ‘AzParking’ yoxdur, amma cərimələr gəlir. Şikayət etməyə yer də yoxdur. Hər kəs deyir ki, bizlik deyil. Bu cərimələrin hansı əsasla yazıldığı araşdırılmalıdır”.
Digər sürücü Şəmsi Orucov isə cərimənin üzərinə əlavə məbləğ gələcəyindən ehtiyatlanaraq ödəniş etdiyini bildirir:
“Mesajla 20 manat cərimə gəldi. Halbuki avtomobilimi heç bir pullu parklanma yerində saxlamamışdım. Üzərinə əlavə pul gəlməsin deyə ödəməyə getdim. Mesajdakı kodla ödəniş edərkən hesabın AYNA-ya aid olduğunu gördüm. Kimə şikayət edəsən, dərdini kimə deyəsən? Bu kasıb vaxtımızda 20 manat bizim üçün böyük puldur. Sonra öyrəndim ki, tanıdığım bir neçə sürücüyə də eyni qaydada cərimə gəlib. İstəyirik ki, bu məsələyə aydınlıq gətirilsin və əsassız cərimələr varsa, ləğv olunsun”.
Sürücülər AYNA-dan cərimələrin hansı sübutlar əsasında tətbiq edildiyinin açıqlanmasını və şikayətlərinin araşdırılmasını tələb edirlər. Səsləndirilən iddialarla bağlı qurumun mövqeyi məlum deyil.
AYNA-nın Naxçıvan Regional İdarəsi bu ilin əvvəlindən fəaliyyət göstərir.
"Gündəlik Naxçıvan"


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti