[center]

[/center]
Binəqədi rayonunun mərkəzi hissəsində tikilən obyekt narazılığa səbəb olub.
Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, bir müddət öncə hasara alınmış ərazidə yaşıllıqlar məhv edilib.
Sakinlər bildirib ki, bir müddət sonra yaşıllıq ərazidə dəmir kostruksiyalardan ibarət obyekt inşa edilib.
Sakinlərin sözlərinə görə, kiçik ağaclar gecə ilə məhv edilsə də, böyük ağaclar saxlanılıb. Lakin o ağacın da gövdəsi obyektin içində qalıb.
Sakinlər Binəqədi rahonunda bu cür qanunsuz işlərin son vaxtlar artdığını və Binəqədi rayon İcra Hakimiyyətinin isə belə hallara göz yumduğunu bildirib.
VİDEO LİNKDƏ: [url=https://diaaz.info/manset/493673-bineqedide-qanunsuz-tikili-naraziliq-yaratdi.html]https://diaaz.info/manset/493673-bineqedide-qanunsuz-tikili-naraziliq-yaratdi.html[/url]