Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 12:57

[center][/center]
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki qurumlardan birinin keçirdiyi satınalma müsabiqəsində diqqətçəkən şübhəli məqam ortaya çıxıb.
Əldə etdiyimiz məlumata görə, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması ilə bağlı fiziki şəxs Kamil Qurbanov Əlişiraz oğlu (VÖEN: 3500139492) ilə müqavilə bağlayıb.
Satınalmanın ümumi məbləği 15.951,24 AZN təşkil edir.
Müqavilə müddəti bitdi, sonra ictimaiyyətə açıqlandı
Dövlət satınalmaları portalının rəsmi məlumatlarında diqqət çəkən əsas qalmaqallı pərdəarxası məqam prosedur tarixləri ilə bağlıdır:
Satınalma metodu: Kotirovka
İşlərin başlama tarixi: 14.09.2026
İşlərin bitmə tarixi: 14.10.2026
Məlumatın dərc edilmə tarixi: 15.10.2026
Sənədlərdən göründüyü kimi, kotirovka sorğusu üzrə işlərin başlama və bitmə müddəti tam yekunlaşdıqdan — yəni oktyabrın 14-ü başa çatdıqdan bir gün sonra (15 oktyabr 2026-cı il) müqavilə portala yerləşdirilərək rəsmən elan olunub. Tender nəticələrinin icra müddəti bitdikdən sonra ictimaiyyətə açıqlanması şffaflıq və satınalma qanunvericiliyinin tələbləri baxımından ciddi suallar doğurur.
Xatırladaq ki, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalovdur. O, bu vəzifəyə 3 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə təyin edilib.(32gun.az)


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti