Cavid Qurbanovu tənqid edən şair ONUNLA BARIŞDI - "ARA VURANLAR" var imiş...

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 15:56

[center][/center]
"Allah ara vuran insanlara lənət eləsin. Mənim Cavid Qurbanovla heç bir düşmənçiliyim yoxdur. Bəzi məsələlər aydınlaşdı..." Bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında əslən Kəlbəcərdən olan şair Səxavət Kəlbəcərli qeyd edib.
Cavid Qurbanovla bağrışdığını elan edən şair iddia edir ki, onların arasındakı ədavət, dha dəqiqi, son günlərə qədər onun Cavid Qurbanovu hədəfə almasının səbəbi "ARA VURANLAR" olub. Və bundan sonra olmayacaq...
Şair öz sosial şəbəkə hesabında belə yazır: "Gec də olsa, Dədə Şəmşir ocağının layiqli nümayəndəsi Cavid Qurbanov Qənbər oğlunu səmimi qəlbdən təbrik edirəm. Kəlbəcərli günlər arzulayıram. Təbii ki, Cavid müəllim o tənqidə layiq deyil. Şeytana lənət!
İşlə bağlı sıxıntılar və bəzi yaramaz adamların ucbatından baş verdi. Həyatda hər kəs haqqında tənqid yazmaq olar.
Amma Cavid müəllim haqqında mənim tənqid yazmağım, təbii ki, yaxşı qarşılana bilməzdi.
Kənardan da, el-oba tərəfindən də yaxşı qarşılanmadı, qınaq obyektinə çevrildim.
İnşallah, bir də belə xoşagəlməz hadisələr olmaz.
Yaşasın Kəlbəcər, yaşasın Kəlbəcərin dəyərli oğlanları!
Bütün Kəlbəcərlilərə uzun illər həsrətində olduğumuz, vüsal göz yaşları ilə qovuşduğumuz o torpaqlarda şad, firavan yaşamağı arzulayıram.
Böyük bir töhmətdən azad olduq.
Ali Baş Komandanın rəhbərliyi və şəhidlərimizin qanı, qazilərimizin canı bahasına o torpaqlara döndük.
Biz Kəlbəcərlilərə də ağır zülm oldu. 93-cü ildə oğul oldu xəstə atasını evdə qoydu, vidalaşdı, yola düşdü. Oğul oldu qoca anasını qarın üstündə qoydu, vidalaşdı, yola düşdü.
Bu cür ağrı-acılar yaşadıq və sonda qovuşduq torpaqlarımıza. O ağrılar heç vaxt silinməyəcək yaddaşımızdan.
Bu gündən sonra şəhidlərin ruhuna xatir bir-birimizə hörmətlə, bir-birimizə dayaq olaraq yaşamalıyıq".
"DİA-AZ" qeyd edir ki, buna qədər şair Səxavət Kəlbəcərli Cavid Qurbanovun ünvanına ağır ittihamlar səsləndirirdi. Və maraqlı orasıdır ki, bu ittihamların əksəriyyətində həqiqət payı yetərincə olub. İndi isə Səxavət Kəlbəcərli Cavid Qurbanovla bağlı iddialarını öz sosial şəbəkə hesabından silməklə yanaşı, onunla barışdığını elan edir.
Əlavə edək ki, bəzi rəylərdə bu "BARIŞIĞIN" müvəqqəti olacağı da ehtimal olunur...
DİA-AZ


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti