Ağacların dibinə beton tökülür? – Nizami rayonundan şok görüntü - VİDEO

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | Today, 14:27

[center][/center]
Bakının Nizami rayonunda yaşıllıq ərazisi ilə bağlı sakinlərin narazılığı davam edir.
Bizimesr.media-ya daxil olan məlumata görə, Süleyman Rüstəm küçəsində yerləşən ərazidə ağacların ətrafına beton tökülməsi ilə bağlı ciddi narahatlıq yaranıb. Sakinlərin iddiasına əsasən, bu üsulla ağacların kök hissəsinə müdaxilə edilir və onların qurumasına şərait yaradılır.
Məlumata görə, küçədə kifayət qədər böyük ərazi hasarlanaraq tikinti işlərinə cəlb olunub. Ərazidə aparılan işlərin yaşıllıqlara da təsir etdiyi bildirilir.
Sakinlər iddia edirlər ki, tikinti işləri ilə əlaqədar bir sıra ağaclar artıq məhv edilib. Digər ağacların isə diblərinin betonlanması onların gələcəkdə qurumasına səbəb ola bilər. Ərazidə yaşayan vətəndaşlar məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etdiklərini, lakin şikayətlərinin nəticəsiz qaldığını bildirirlər.
Bizimesr.media olaraq məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinin mövqeyini işıqlandırmağa hazırdır.
VİDEO LİNKDƏ: [url=https://bizimesr.media/az/post/agaclarin-dibine-beton-tokulur---nizami-rayonundan-sok-goruntu---video-23130]https://bizimesr.media/az/post/agaclarin-dibine-beton-tokulur---nizami-rayonundan-sok-goruntu---video-23130[/url]
Bizimesr.media


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti