[center]
[/center]
Nizami rayonu, Özbəkistan küçəsində yerləşən böyük yaşıllıq ərazinin məhv edildiyi bildirilir.
Biziməsr.media xəbər verir ki, ərazidən çəkilən videogörüntülərdən ağacların kökündən çıxarıldığı və burada hündürmərtəbəli binaların tikintisi üçün hazırlıq işlərinin aparıldığı görünür.
Maraqlıdır ki, şəhərin və rayonun yaşıllıqlarının qorunmasına cavabdeh qurumlar haradadır?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nizami Rayon İcra Hakimiyyəti öz ərazilərindəki yaşıllıqların məhv edilməsinin qarşısını niyə ala bilmir?
Sağlam ağacların hansı əsasla kökündən çıxarılmasına və həmin ərazidə tikinti aparılmasına kim razılıq verib?
[b]VİDEO LİNKDƏ:
[/b] [url=https://bizimesr.media/az/post/nizami-rayonunda-yasilliq-erazisi-mehv-edildi----agaclari-kim-ve-hansi-esasla-kesir---video-23009]https://bizimesr.media/az/post/nizami-rayonunda-yasilliq-erazisi-mehv-edildi----agaclari-kim-ve-hansi-esasla-kesir---video-23009[/url]
Bakıda hər boş və yaşıllıq ərazinin hündürmərtəbəli binaların tikintisinə qurban verilməsi hansı şəhərsalma siyasətinin tərkib hissəsidir?
Digər tərəfdən, sağlam ağacların məhv edilməsi yalnız bir ərazinin problemi deyil. Bu, Bakının onsuz da ciddi ekoloji problemlərlə üzləşdiyi bir vaxtda şəhər sakinlərinin təmiz hava və sağlam mühit hüququna da birbaşa təsir edir.
Özbəkistan küçəsindəki ağacları kim kökündən çıxarır və onların yerində hansı tikintiyə hazırlıq görülür?
Aidiyyəti qurumlara göndərilən sorğuların cavabsız qalması isə narahatlığı daha da artırır. Cavab verilmədikcə ağacların məhv edilməsi və tikinti işlərinin davam etməsi cəmiyyətdə haqlı suallar doğurur.
Bizimesr.media