[center]
[/center]
"Cənab Prezidentdən nümunə götürmək bu qədər çətindir?" Bu replikanın müəllifi olan jurnalist Xəyyam Salmanzadə daha sonra aşağıdaki fotonu paylaşaraq yazır:
[center]
[/center]
"4 mart 2020-ci il. Tovuz. Prezident İlham Əliyev onun üçün qoyulmuş xüsusi kreslonun adi stulla əvəz olunmasını tələb edir və bildirir: “Belə şeylərə yol vermək olmaz. Qətiyyən!”
İndi sualım Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovadır.
Cənab Cəlilov, görəsən, bu görüntüləri heç izləməyib, yoxsa izləyib, amma nəticə çıxarmaq istəməyib?
Sizi vəzifəyə təyin edən Prezident özü üçün xüsusi kreslo istəmədiyi halda, siz niyə onun nümunəsindən dərs götürmürsünüz?
Yoxsa kreslo elə əzizdir ki, onu itirmək qorxusu insanı hər yerdə özünü xüsusi hiss etməyə vadar edir?
Bir daha xatırladaq: vəzifə insanı xalqdan üstün etmir. Kreslo müvəqqətidir, hörmət isə davranışla qazanılır!
Cənab Cəlilov, Prezidentdən nümunə götürmək üçün daha nə baş verməlidir?.."(Dia-az)