[center]

[/center]
Bakı şəhərinin Xətai rayonu, Çingiz xan Kərimov küçəsində genişmiqyaslı tikinti işlərinə başlanılıb. Ərazi hasarlanıb, ağır texnikalar cəlb olunub və böyük həcmdə qazıntı işləri aparılaraq obyekt və ya yaşayış binasının özülünün hazırlandığı müşahidə edilir.
Bizimesr.com-a daxil olan məlumata görə, tikinti işləri aparılan ərazidə əvvəllər mövcud olan ağacların məhv edildiyi iddia olunur. Bildirilir ki, hazırda tikinti meydançasında qanunvericiliyin tələb etdiyi məlumat lövhəsi yerləşdirilməyib. Ərazidə tikintinin sifarişçisi, podratçısı, layihəçisi, tikintiyə verilmiş icazə və digər zəruri məlumatları əks etdirən heç bir lövhə görünmür.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə rəsmi sorğu ünvanlansa da, sorğular cavabsız qalıb.
Araşdırma zamanı məlum olub ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestri portalında da Xətai rayonu, Çingiz xan Kərimov küçəsində aparılan tikinti ilə bağlı hər hansı tikinti icazəsinə dair məlumat yerləşdirilməyib.
Bu vəziyyət tikintinin hansı hüquqi əsaslarla həyata keçirilməsi, müvafiq icazələrin olub-olmaması, eləcə də ərazidə yaşıllıqların məhv edilməsi ilə bağlı ciddi suallar doğurur.
Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir.
Video Linkdə: [url=https://www.bizimesr.com/az/post/xetai-rayonunda-muemmali-tikinti---reyestrde-icaze-yoxdur-agaclarin-mehv-edildiyi-iddia-olunur-22359]https://www.bizimesr.com/az/post/xetai-rayonunda-muemmali-tikinti---reyestrde-icaze-yoxdur-agaclarin-mehv-edildiyi-iddia-olunur-22359[/url]