[center]

[/center]
Azərbaycanın tanınmış kulinar-texnoloqu Mübariz Vəliyev “Azdad” şirkətinə məxsus “Sport” peçenyelərin tərkibində zərərli əlavələrin olduğunu bildirib.
[b]Tribuna.az[/b] xəbər verir ki, M.Vəliyevin sözlərinə görə, özü də əvvəllər bu peçenyedən istifadə edib:
[center]

[/center]
“Tərkibində günəbaxan yağın və palma yağının qarışığından istifadə olunub. Həmçinin qida əlavələri olan E503, E500 və E223-dən istifadə olunub. Bundan əlavə qida aromatı da istifadə olunub”.
Yazıda barəsində danışılan peçenyenin hazırlandığı müəssisənin mövqeyini dərc etməyə hazırıq.