“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var

  • A-
  • A
  • A+
Gündəm / Hadisə | Today, 10:57

[center][/center]
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Hadisə Ağsu-Kürdəmir yolunda qeydə alınıb.
Belə ki, Ağsu istiqamətindən hərəkət edən Əlismayıl İsmayıl oğlu Nəbiyevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobil yol kənarında dayanmış 2 ədəd “Vaz 2106” markalı avtomobilə çırpılıb.
Nəticədə həmin avtomobillərin birində olan sərnişin Kamran Nadir oğlu Məmmədov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən vəfat edib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi başlanılaraq istintaq aparılır.


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti