“Referans” klinikasında icazəsiz tibb fəaliyyəti aşkar edilib

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | 24-12-2025, 14:25

[center]“Referans” klinikasında icazəsiz tibb fəaliyyəti aşkar edilib[/center]
Səhiyyə Nazirliyi “Referans” klinikasının Əhmədli filialında plandankənar yoxlama keçirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı klinikada sertifikatsız “rentgenoloji” iş üzrə özəl praktik tibb fəaliyyəti aşkar edilib.
Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərib.
Məhkəmənin qərarına əsasən, “Referans” klinikası 6 000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, “Referans Medical Group”un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir.


10 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti