Prezident Qazaxıstandadır - Fotolar

  • A-
  • A
  • A+
Gündəm / Siyasət | 20-10-2025, 17:38

[center]Prezident Qazaxıstandadır - Fotolar[/center]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gedib.

Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
[center]












[/center]


4 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti