“Şahdağ Mehmanxana” vergidən necə yayınırdı?

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | 9-10-2025, 14:39

[center]“Şahdağ Mehmanxana” vergidən necə yayınırdı?[/center]
“Şahdağ Mehmanxana” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) operativ vergi nəzarəti keçirilib.
Məlumata görə, yoxlama zamanı POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi barədə iki AKT-a əsasən, 2000 manat maliyyə sanksiyası tətbiq edilib.
Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən, 126.94 manat maliyyə sanksiyası tətbiq olunub.
“Şahdağ Mehmanxana”sında işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə OVN nəticələri haqqında AKT-a əsasən isə 2000 manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə vergi uçotuna alınan şirkətin qanuni təmsilçisi Rəhmanlı Qəmbər Aydın oğludur. Rəhman Qəmbərov “Baku Holiday” MMC, “Bright Solutions” MMC, “Aqrolayn Qrup” MMC, “A@J Holding” MMC-nin də qanuni təmsilçisidir.Qaynarinfo


6 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti