“Hokka Mokka”da müştərilərdən “card to card” sistemi ilə ödəniş qəbul edilir?

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 24-09-2025, 11:10

[center]“Hokka Mokka”da müştərilərdən “card to card” sistemi ilə ödəniş qəbul edilir?[/center]
“Hokka Mokka” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) maliyyə sanksiyası tətbiq edilib.

Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əzizov Fərid Kamil oğlu olan MMC-də operativ vergi nəzarəti həyata keçirilib.

Ötən ilin 19.07.2024-cü ildə yaradılan “Hokka Mokka” şirkəti barəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən, 3000 manat maliyyə sanksiyası tətbiq olunub.

Qeyd edək ki, şirkət “Hokka Mokka” restoranlar şəbəkəsi əmtəə nişanı altında fəaliyyət göstərir.


4 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti