"Bazarstore"-dan xarab məhsul - FOTOLAR

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Yesterday, 15:00

[center][/center]
"Bazarstore" mağazalar şəbəkəsinin Əhmədlidə yerləşən mağazasından yoqurt alan müştəri məhsulla bağlı xoşagəlməz halla qarşılaşıb.
[b]Kommersant.az [/b]xəbər verir ki, müştərinin sözlərinə görə, aldığı yoqurtun qablaşdırmasını açdıqda məhsulun içərisinin bir hissəsinin boş olduğunu, digər hissəsində isə kifə bənzər maddənin yarandığını görüb.
Müştəri məhsulu mağazaya qaytardıqda bunun səbəbini soruşub. Onun sözlərinə görə, mağazanın xanım əməkdaşı məhsulun saxlanıldığı soyuducunun 2-3 gündür işləmədiyini və bu səbəbdən bəzi məhsulların xarab olduğunu bildirib.
Şikayətçinin sözlərinə görə, əməkdaş soyuducudakı eyni və ya oxşar məhsulları yoxladıqda onların bəzilərində də analoji vəziyyətlə qarşılaşıb. Daha sonra isə “Müdiriyyətə deyərik, bununla bağlı tədbir görər” deyərək müştəriyə təşəkkür edib.


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti