Binəqədidə TİKİNTİ XAOSU... TAM GÜCÜ İLƏ DAVAM EDİR...

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 29-08-2025, 12:03

[center] Binəqədidə TİKİNTİ XAOSU... TAM GÜCÜ İLƏ DAVAM EDİR...[/center]

Binəqədi rayon Binəqədi qəsəbəsi Gülüstan küçəsi, döngə 6, ev 2 Q ünvanında tikilən fərdi yaşayış evinin birinci mərtəbəsi obyekt kimi inşa edilir.
Bu barədə azfakt.com-a daxil olan məlumatda bildirilir ki, tikinti sahibi Kənan Alıyev yaşayış evinin birinci mərtəbəsini obyekt inşa etdirib. Qeyd edək ki, Binəqədi rayon Binəqədi qəsəbəsi Gülüstan küçəsi, döngə 6, ev 2 Q ünvanında tikilən fərdi yaşayış evinin tikintisinə icazəni Dövlət Şəhərsalma və Arxektura Komitəsinin Dövlət reysterindən çıxarış əsasında Binəqədi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hacıbaba Babayev verib.
[center][/center]
Həmin icazə sənədində yalnız fərdi yaşayış evinin tikintisinə icazə verilib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


10 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti