Putinin Monqolustanda belə qarşılanması... - Kreml

  • A-
  • A
  • A+
Dünya | 3-09-2024, 18:57

Putinin Monqolustanda belə qarşılanması... - Kreml

Rusiya Prezidenti Vladimir Putinin Monqolustanda hörmətlə qarşılanması Qərbə siqnal deyil. Ölkələrimiz ikitərəfli münasibətləri inkişaf etdirmək vəzifəsini yerinə yetirirlər.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Heç kimin - nə Moskvanın və Ulan-Batorun Qərb ölkələrinə nəsə göstərmək vəzifəsi yoxdur. Biz ən yaxın qonşu ölkələrik və ikitərəfli münasibətlərimizi inkişaf etdirmək vəzifəsini icra edirik", - Peskov qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Monqolustanda rəsmi səfərdədir.


4 080 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti