Paşinyan Ermənistan gerbini tənqid etdi

  • A-
  • A
  • A+
Dünya | 16-06-2023, 08:27

Paşinyan Ermənistan gerbini tənqid etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin gerbini tənqid edib.

Bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.

Paşinyan deyib ki, Ermənistan gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyəti yoxdur.

“Orada nə göstərilir? Ağrı dağında (Türkiyə ərazisində yerləşir – Red.) Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yarandı: bunun bizə nə dəxli var? Axı biz bunu 1991-ci ildə qəbul etmişik. Bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var?”, - deyə baş nazir bildirib.

Paşinyan qeyd edib ki, gerbin mərkəzində Ağrı dağında Nuhun gəmisini və indiki Ermənistan ərazisini sular altında görmək olar. O gerbdə uzun müddətdir ki, Ermənistanın təbii şəraitində yaşamayan aslan təsvirinə də diqqət çəkib.


7 700 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti