“SOCAR”ın Qaz İxrac İdarəsi sabiq deputatın oğlu ilə ÇƏKİŞMƏDƏ - TƏFƏRRÜAT

  • A-
  • A
  • A+
Araşdırma | 18-08-2023, 09:34

“SOCAR”ın Qaz İxrac İdarəsi sabiq deputatın oğlu ilə ÇƏKİŞMƏDƏ - TƏFƏRRÜAT


“SOCAR”ın Qaz İxrac İdarəsi sabiq deputatın oğlunu məhkəməyə verib.

realnews.az-ın 32gun.az-a istinadən məlumatına görə, eks-deputat Elxan Süleymanovun oğlu Ziya Süleymanovla qurum arasında mübahisəyə səbəb tikinti məsələsidir.

Belə ki, Göyçay Rayon Məhkəməsində hakim İbrahim Fəttahovun sədrliyi iləbaştutacaq məhkəmə işinin mahiyyyəti Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi məsələsindən ibarətdir.

Bildirək ki, “SOCAR”ın Qaz İxrac İdarəsinin rəhbəri Əkbər Hacı oğlu Hacıyevdir.

Xatırladaq ki, Elxan Süleymanov “Milli Məclisin 2010-2020-ci illərdə deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuşdur.

Sabiq deputatın oğlu Ziya Süleymanov isə 2011-22 illərdə AR FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavini vəzifəsində çalışıb.


13 363 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti