"Vaşinqton İrana qarşı hərbi hücumların artırılması üçün yeni planlar hazırlayıb və hər mərhələ bir-iki gün davam edəcək".
Oxu.Az xəbər verir ki, bu barədə CNN-nin əməkdaşı Cim Skiutto adı açıqlanmayan yüksəkvəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
"Mənbənin deməsinə görə, ABŞ artan intensivlik fonunda bir sıra hücum planları hazırlayıb. Gərginliyin azaldılması variantları da var. Hər mərhələ bir-iki gün davam edəcək və yenidən qruplaşmaq, döyüş vəziyyətini qiymətləndirmək üçün fasilələr veriləcək", - deyə CNN əməkdaşı qeyd edib.