Abşeron rayonu, Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsində yaşayan sakinlər evlərinin yaxınlığında inşa edilən fərdi yaşayış evlərindən narazıdırlar.
Sakinlərin sözlərinə görə, yeni tikilən evlər arasında məsafə demək olar ki, bir qarışdır. Qanunvericiliyə əsasən, əgər fərdi yaşayış evinin hündürlüyü 10 metrdirsə, tikililər arasında – yəni divarlar arasında məsafə minimum 3 metr olmalıdır. Bildirilir ki, sözügedən ərazidə bu formada ondan artıq ev inşa edilib.
Sakinləri maraqlandıran əsas sual isə budur: bu tikililərə kim və necə icazə verib?
Şikayətçilərdən biri Baku TV-yə açıqlamasında bildirib: