Tələt Məmmədov 10 Manatlıq Şirkətlə 194 Min Manat köçürə bilər

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 1-04-2025, 17:12

[center][/center]
"Su İdmanı Sarayı" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən inşaat materialları və alətlərin satın alınması üçün keçirilən tenderin qalibi müəyyən edilib.

32gun.az-ın məlumatına görə, "GÜVƏN LUX" MMC tenderdə qalib gəlin. Tərəflər arasında 194.508,56 AZN-lik müqavilə bağlaması gözlənilir.

Lakin tenderin nəticələri mübahisələrə səbəb olub. Belə ki, qalib şirkət "GÜVƏN LUX" MMC-nin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Bu, belə böyük məbləğdə müqavilənin bu qədər kiçik kapitalı olan şirkətə verilməsi ilə bağlı suallar doğurur.

"GÜVƏN LUX" MMC-nin qanuni təmsilçisi Elmar Həmidov Ramiz oğludur. "Su İdmanı Sarayı" MMC-nin direktoru isə Tələt Məmmədov Balakişi oğludur.

"Su İdman Sarayı"nın nizamnamə kapitalı 420.736.722,60 AZN-dir.

32gun.az


8 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti