ÖZSÜT şəbəkəsi rəsmən iyrəndirir... - FOTOFAKT

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 26-03-2025, 10:52

[center][/center]
Bakıda fəaliyyət göstərən "Özsüt" restoranlar şəbəkəsindən vətəndaşlar narazılıq edir. "Dia.az" xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan giley dolu mətnlərdə qeyd olunur ki, son 2-3 ildir "Özsüt"ün sahibləri 1 manat xərc çəkib təmizlik-dezinfeksiya işləri görmür: "Bunun da nəticəsində natəmizlik, antisanitariya baş alıb gedir..."

Qeyd edək ki, başqa bir müştəri isə konkret fotofaktla iddiasını əsaslandırıb. Narazı vətəndaş "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında yazır:

" "Özsüt"ün "Gənclik mall" filialında belə bir hal ilə rastlaşdıq: yemək masasında tarakan peyda oldu... İşçilərə xəbər verdik... Onlar da sağ olsunlar... gəldilər tarakanı ustalıqla "salfetka" ilə öldürdülər..."

Narazı vətəndaşın təqdim etdiyi foto:
[center][/center]
"Dia.az" xəbər verir ki, başqa bir vətəndaş sözügedən fotofaktı maraqlı formada şərh edib. Şərhdə deyilir:

"Bu o deməkdir ki, oraya getməyin. Tarakan deyib sizə... durub gedin. Görün içəri mətbəxi nə gündədir indi..."(Dia.az)


10 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti