Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı - BU AY...

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 17:10

[center][/center]
Azərbaycanda tibbi cihazların və materialların satışı ilə məşğul olan şirkət bağlanıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, 4 ildir fəaliyyət göstərən "Medsnab" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bu ay fəaliyyəti dayandırılıb.
"Medsnab" MMC əsasən kardiologiya sahəsi üzrə qabaqcıl tibbi cihazların və materialların (stentlər, balonlar və s.) satışı və distribusiyası ilə məşğul idi. Cəmi 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərmiş şirkət 2022-ci ilin noyabr ayında təsis edilib və həmin ilin dekabrından satış fəaliyyətinə başlamışdı. Şirkətin direktoru Azər Şiriyevdir.
Şirkət ötən il Dövlət Gömrük Komitəsinin (DGK) Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalının bəzi mallara olan təlabatını ödəyəmək üçün elan etdiyi tenderin qalibi seçilmişdi. Belə ki, transkateter aorta qapağın implantasiyası (balloon expandable) və koronar angioqrafiya üçün xüsusi tibbi sərf materiallarının satın alınmasını üçün “Medsnab” MMC ilə 2,4 milyon manatlıq müqavilə bağlanmışdı.


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti