"Burada çox pis xidmətlə qarşılaşdım..." - GİLEY

  • A-
  • A
  • A+
Gündəm / Özəl | 19-03-2025, 15:07

[center]"Burada çox pis xidmətlə qarşılaşdım..." - GİLEY[/center]
"Bu gün (dünən nəzərdə tutulur -red.) "TavaDa" restoranına girdim, sakitcə qəhvə içib dincəlmək və bir az işləmək istəyirdim..." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Damira Askanova adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra əlavə edib: "Amma bunun əvəzinə çox pis xidmətlə qarşılaşdım. Ofisiant açıq-aşkar narazı görünürdü, sifarişi 40 dəqiqəyə gətirdilər, üstəlik qəhvə artıq soyuq idi.
Dəyişdirmələrini xahiş edəndə isə mənə kobud cavab verdilər və dedilər: "Bizdə həmişə belə olur". Üstəlik, çekdə mənim sifariş etmədiyim başqa bir qəhvə yazılmışdı!
Bu normaldır? Bakıda belə hallarla rastlaşan olub?"
[center][/center]


7 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti